İREX-in 2,4 milyonunu müxalifət necə `əridib`?


18:51     30 Aprel 2015 kh.jpg

I Avropa Oyunlarının başlanmasına bir ay yarımdan da az vaxt qalır. Azərbaycan ümumavropa ailəsinin tarixində ilk dəfə keçiriləcək bu möhtəşəm idman bayramına ciddi hazırlaşır.


Azərbaycanı sevməyən qüvvələr isə bu ərəfədə anti-Azərbaycan propaqandasına dəstək verməyə hazırlaşır.

Ötən həftə APA agentliyinin analitik şöbəsinin materiallarında da deyildiyi kimi, 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi zamanı olduğu kimi, xarici anti-Azərbaycan şəbəkə və erməni lobbisi səylərini birləşdirərək, mütəşəkkil qaydada, məqsədyönlü şəkildə fəaliyyətə keçərək, növbəti dəfə bu fürsəti Azərbaycanın əlindən almaq niyyətini açıq şəkildə ortaya qoyublar.

Xatırladaq ki, “Eurovision” ərəfəsində də Fridrix Nauman Fondunun Bakıda homoseksualların siyasi motivli paradının təşkilatı üçün ayırdığı 300 min manat haqda da ictimaiyyətə açıqlamalar verilmişdi.

Femida.az Anti-Azərbaycan qruplaşması arasında ilk yerlərdən birini alan İREX və İREX-dən bəhrələnən “yerli düşmənlər” haqda qısa araşdırma təqdim edir.

İREX (Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası) 1998-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Fəaliyyəti müddətində İREX mediaya dəstək adı ilə bir çox kampaniyalar, araşdırma müsabiqələri həyata keçirib. Həmçinin, hər hansı rəsmi köçürmələr olmadan, ayrı-ayrı vaxtlarda “Azadlıq” qəzetinə, AXCP-yə 10-12 min arasında dəyişən məbləğlə pul yardımları edib.
İREX-ın Bakı ofisi Kaspian Biznes Mərkəzində yerləşib. 2014-cü ilin 30 sentyabrnda isə ofis boşaldılıb. Vaşinqtondan verilən məlumata görə bir Bakıdakı ofisi rəsmən ləğv edilib.

İREX fəaliyyəti müddətində daha çox siyasi partiyaların regional şöbələrində mövqeyini möhkəmlətməyə meyilli olub. Təsadüfi deyil ki, İREX-in Sumqayıt şəhərindəki ofisinin əməkdaşı AXCP üzvü Elçin Həsənov İREX-in regional ofisini AXCP-nin ofisi kimi işlədib. Bu müddətdə dağıdıcı qüvvələrin Bakıda təşkil etdiyi mitinqlərə iştirak üçün Sumqayıtdan pul qarşılığında tələbə və gəncləri toplamaq məqsədi ilə İREX-in Sumqayıt ofisi canfəşanlıq edib.

İREX-in seçkiqabağı fəaliyyəti
Digər donor təşkilatlar kimi İREX də xeyriyyə, təhsil adı ilə siyasi fəaliyyət aparıb, mediada özünə tərəfkeşlik edən qruplaşma formalaşdırıb. Həmin qruplaşma 2003-cü ildə seçki zamanı seçki monitorinq mərkəzinin idarəsini istiqamətləndirib. Burada da İREX-in seçimi təəccüb doğurmur. Təşkilat seçki-monitorinq qrupuna Əli Kərimlinin yaxını Anar Məmmədlini təyin edib.


2,4 milyon dollar necə bölündü?

2013-cü ildə USAİD 2,4 milyon dollar məbləğində qrant müsabiqəsi elan edib. Ancaq həmin müsabiqə barədə Azərbaycanın kütləvi informasiya vasitələrində heç bir elan dərc edilməyib. Həmin müsabiqədə İREX Azərbaycan təşkilatı iştirak edib.

Məlumatlara görə, İREX Azərbaycan təşkilatı həmin məbləği əldə etdikdən sonra, “centlmen razılaşması” ilə ölkə daxilindəki müəyyən qruplara və şəxslərə ötürüb. İREX Azərbaycan təşkilatının Azərbaycanda işləyən ənənəvi kütləvi informasiya vasitələri və internet mediası ilə heç bir əlaqəsi yoxdur. Təşkilatın layihələrində “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova və yaxın çevrəsi iştirak edib.

USAİD-in ayırdığı 2,4 milyon dollar İREX vasitəsi ilə 2,4 milyon dolları müxalifət daxilində “əridib”.

Lahiyə çərçivəsində Rumıniya və Britaniyadan olan sosial media, jurnalistlər, ictimai media fəalları və alimlərinin iştiraki ilə "Sosial Media və Etika" mövzusu adı ilə konfrans təşkil edilib.

Qeyd edək ki, növbəti yazı NED və People in Need donor təşkilatları vəbu təşkilatların pulları hesabına gizli siyasi fəaliyyət göstərən qruplardan bəhs edəcək.

Günay Arda
Femida.az

Açar sözlər:

Oxunub: 1698